Bu il 5 şəhərdə DOST mərkəzləri fəaliyyətə başlayacaq - Şəhərlərin Siyahısı

15:22 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. "Bu il yeni mərkəzlərin açılması ilə, eyni zamanda 5 saylı DOST mərkəzinin açılması ilə Bakıda mərkəzlərin sayı yekunlaşdırılacaq".

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

Sədr müavininin sözlərinə görə, bu il əsas regional mərkəzlərin Bərdədə, Qubada, Sabirabadda və Gəncə şəhərində açılması planlaşdırılır.

 

Вся лента