Neftin qiyməti 200 dollara qədər bahalaşa bilər - Proqnoz

10:46 - 17.01.2022


17 yanvar, Fineko/abc.az. Ən uğurlu əmtəə hedcinq fondu menecerlərindən biri olan Doug King bildirib ki, Neft qiymətləri hasilata kifayət qədər sərmayə qoyuluşu olmadığından daha da yüksələcək.

ABC.AZ-ın məlumatına görə, 2008 və 2014-cü illərdə neft qiymətlərinin çökməsini "təxmin edən" və 2020-ci ildə kotirovkaların sıfırdan aşağı düşməsindən yararlana bilən Kingin fikrincə, yaxın gələcəkdə bir barel 100 dollara, üfüqdə isə (qarşıdakı beş ildə) 200 dollara qədər bahalaşa bilər.

Əmtəə qiymətlərinin qalxması təklif yönlü problemlərlə bağlıdır və 1970-ci illərdən bəri ən pis vəziyyət olacaq.

Analitiklər qeyd edir ki, OPEC+ ölkələri gündəlik hasilat kvotasını hər ay 400 min barel artırsalar da, “əslində bazara daha az neft daxil olur”.

 

Вся лента