Azərbaycan Respublikasının Mərkəzi Bankı qısamüddətli notlar yerləşdirib

17:47 - 25.04.2018


25 aprel, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, aprelin 25-də AMB hərracda 50101667S ISIN-li,  300 milyon manat həcmində, 28 gün müddətinə notlar təklif etmişdir.

13 investordan  681 868,4 min manat məbləğinə dair 19 sifariş daxil olub. İnvestorlar notlara 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%) səviyyəsində müəyyən edilmişdir və  orta ölçülmüş qiymət ona bərabər olmuşdur. Nəticədə 300 milyon manat həcmində notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 23 may 2018-ci ildir.

 

Вся лента