İsrail ABŞ-la kosmosun birgə tədqiqatını aparacaq

15:05 - 17.01.2022


17 yanvar, Fineko/abc.az. İsrail hökuməti və ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) kosmosun, xüsusən də Ay və Marsın, eləcə də asteroid və kometaların birgə tədqiqi ilə bağlı “Artemida razılaşmaları” adlanan sənədlərini imzalamağa hazırlaşırlar.

ABC.AZ-ın məlumatına görə, bu barədə İsrailin Xarici İşlər Nazirli məlumat yayıb.

Qeyd edilib ki, həmin sənədlərin imzalanması iki ölkə arasında kosmik sektorda ticarət-iqtisadi əməkdaşlığın səviyyəsini yüksəldəcək.

"ABŞ ilə belə bir müqavilənin imzalanması İsrail dövlətini elmi və texnoloji tərəqqiyə nail olan ölkələr sırasına gətirəcək ölkə üçün əhəmiyyətli addımdır" deyə məlumatda bildirilib.

 

Вся лента