Gürcüstanda 1 milyon ailənin elektrik haqqına güzəşt ediləcək, dövlət ödəyəcək - Qərar

15:25 - 17.01.2022


17 yanvar, Fineko/abc.az. Gürcüstan hökuməti əhalinin bir hissəsinin elektrik enerjisi haqqını yenidən subsidiya edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin baş nazir İrakli Qaribaşvili hökumətin iclasında qeyd edib.

Onun sözlərinə görə, subsidiya proqramı yanvar ayından başlayacaq və il boyu davam edəcək: “Yeni qərarımıza əsasən, əhalinin böyük bir hissəsi, təxmini 1 milyona yaxın ailənin elektrik enerjisi tariflərini subsidiya edəcəyik. Bu isə 150 min və daha az sosial balı olan vətəndaşlara aiddir. Əhalinin ən çox ehtiyacı olan hissəsinə elektrik enerjisinin artırılmış haqqı subsidiya olunacaq. O, yanvar ayından bütün il boyu qüvvədə olacaq”.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ayda 300 kilovatt/saatadək elektrik enerjisi istehlak edən sakinlər üçün, artırılmış tarif arasında fərq tam subsidiya ediləcək yəni dövlət ödəyəcək.

Müəllif: Elmir Murad

Вся лента