Huawei daha bir ilkə imza atdı - Ağıllı çantanı təqdim etdi

17.01.2022,15:38


17 yanvar, Fineko/abc.az. “Huawei” şirkəti daha bir yeniliklə ilkə imza atıb.

ABC.AZ-ın məlumatına görə, şirkət GPS funksiyalı “ağıllı” məktəb çantasını təqdim edib.

Çantanın özəlliyi ondan ibarətdir ki, valideynlər onun köməkliyi ilə uşaqlarının harada olduğunu görmə biləcək.

Çantanı tətbiq vasitəsilə idarə etmək mümkün olacaq. Valideynlər orada müəyyən zonalar yarada biləcək, məsələn, “məktəb” və “ev”.

Əgər uşaq bu zonalardan kənara çıxarsa, tətbiqə bu barədə bildiriş gələcək.