İsveçrənin məşhur bankının sədri istefa verdi

16:20 - 17.01.2022


17 yanvar, Fineko/abc.az. İsveçrənin “Credit Suisse” bankının İdarə Heyətinin sədri Antonio Horta-Osorio vəzifəsindən istefa verib.

ABC.AZ-ın məlumatına görə, o, bu addımı ona qarşı səfər və şəxsi xərcləri ilə bağlı başladılan daxili araşdırmadan sonra atıb.

“Şəxsi hərəkətlərimin bank üçün çətinliklər yaratdığına görə təəssüflənirəm”, - deyən Horta-Osorio, bankın maraqlarını və səhmdarlarını qorumaq üçün istefa vermək qərarına gəldiyini bildirib.

Onun yerinə “Credit Suisse”in İdarə Heyətinin üzvü Aksel Lemann gətirilib.

 

Вся лента