Valyuta hərracının nəticəsində manatın dollara nisbətən məzənnəsi dəyişmədi

13:16 - 26.04.2018


26 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirib.

“Valyuta hərracının yekununda manatın ortaçəkili məzənnəsi  1  dollara 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan  verilən məlumatda belə deyilir.

Daha əvvəl, aprelin 24-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1 dollara 1,7000 manat təşkil etmişdir.

 

 

Вся лента