Bu həkimlər hər ay 6500 manat maaş alacaq - Agentlik rəsmisindən açıqlama

10:49 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunacaq.

ABC.AZ-ın məlumatına görə, bunu yanvarın 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi nümayəndəsi Aynurə Əhmədova qurumun ötən ilki hesabatını ilə bağlı keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir.

"Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir. Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir.

Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir. Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir" deyə A.Əhmədova bildirib.

Müəllif: Elmir Murad

Вся лента