Səyyar vergi yoxlamaları azalıb, vergi məbləği isə artıb

11:43 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. 2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 %-ə yaxınlaşıb", - o qeyd edib.

 

Вся лента