Azərbaycanın əsas kapitalına qoyulan investisiyalar artıb - Nazir

15:45 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. 2021-ci ildə ölkəmizdə özəlsektorda investisiya fəallığı kifayət qədər yüksək olub.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala investisiyalar (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla) real ifadədə 23,3% artaraq 4,5 mlrd. AZN çatıb.

 

Вся лента