Avropanın ən məşhur avtomobilləri - Siyahı

12:26 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Avropanın ən məşhur avtomobillərinin adı açıqlanıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Avtostat” JATO Dynamics tədqiqat şirkəti məlumat yayıb.

2008-ci ildən indiyədək "Volkswagen Golf" hetçbeki Avropa bazarında liderlik edir.

2021-ci ildə Avropa ölkələrində 205 mindən çox "Golf" satılıb. Daha sonra siyahıda "Peugeot 208" (196,9 min ədəd), "Dacia Sandero" (196,8 min ədəd), "Renault Clio" (196,2 min ədəd) avtomobilləri gəlir.

"Volkswagen T-Roc" (186,6 min ədəd), "Toyota Yaris" (182,6 min ədəd), "Opel / Vauxhall" (180,6 min ədəd), "Fiat 500" (174,7 min ədəd) və "Citroen C3" (159,3 min ədəd) ən çox satılan avtomobillərin ilk onluğuna daxil olub.

 

Вся лента