KXDR və Cənubi Koreya bir-biri ilə olan düşmənçiliyə son qoymağı qərara aldı

15:32 - 27.04.2018


27 aprel, Fineko/abc.az. KXDR lideri Kim Çen In və onun Cənubi Koreyalı həmkarı Mun Çje İn birgə bəyannamə imzalayıblar və Koreya yarımadasının tam denuklearizasiyası istiqamətində hərəkət etmək barədə razılığa gəliblər.

“Reuters”in məlumatına görə, ölkələrin sərhədindəki silahsızlaşdırılmış  zonada iki dövlət başçılarının keçirdiyi zirvə toplantısının sonunda tərəflər birgə bəyanat imzalayıblar.

Bəyannamə,  mərhələli silahlanmanın azalmasını davam etmək, düşmən hərəkətlərini dayandırmaq və bir birinə qarşı hücum etməmək və silahlı qüvvələrin tətbiq edilməməsi haqqında razılıqlara riayət etmək və Koreya müharibəsinin sonu haqqında sazişin bağlanmasına doğru hərəkət etmək vədlərini  əhatə edir.

Hər iki tərəf, yarımadada “daimi və möhkəm” sülhün  yaradılmasına nail olacaqlarını bəyan etdilər.

Həmçinin, möhkəmləndirilmiş sərhədləri sülh zonasına çevirmək və digər ölkələrlə çoxtərəfli danışıqlara başlamaq planlaşdırılır. May ayının ortalarında tərəflər, münasibətlər qurmaq və müdafiə məsələlərini həll etmək üçün generallar səviyyəsində danışıqlar aparmağı planlaşdırır, həmçinin, görüşlərin yüksək səviyyədə başlanılması gözlənilir.

Bundan başqa, Pxenyan və Seul dəmir yollarının birləşdirilməsi üçün tədbirlər görəcəklər. Bəyannamədə həmçinin qeyd edilib ki, Cənubi Koreyanın prezidenti 2018-ci ilin payızında KXDR-a səfər edəcək.

İki ölkənin liderlərinin görüşü aprelin 27-də baş tutdu. Kim Çen In və Mun Çje İn,  öz ölkələrinin, hər iki Koreya ərazilərinə simvolik gələn ilk liderləri olublar.

 


Вся лента