Bakının ümumi parklanma üzrə Baş Planı hazırlanıb

11:06 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın ümumi parklanma üzrə Baş Planını hazırlayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tarifləri müəyyənləşdirilib: "Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir".

 

Вся лента