Parklanmaya görə cərimələr 2 quruma tapşırıldı - Detallar

14:54 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin I oxunuşda müzakirəsi həyata keçirilib.

ABC.AZ-ın məlumatına görə, müzakirələr zamanı məlum olub ki, parklanma ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək.

Bunu deputat Kamal Cəfərov bəyan edib.

Onun sözlərinə görə, Bakıda BNA-nın tətbiq etdiyi cərimələri, bölgələrdə Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Müəllif: Elmir Murad

Вся лента