Utair aviaşirkəti Moskvadan Gəncəyə uçuşlara başlayır - Gələn həftədən

16:46 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Rusiyanın “Utair” aviaşirkəti fevralın 9-dan başlayaraq Moskvadan Gəncəyə yeni reys açır.

ABC.AZ xəbər verir ki, uçuşlar hər həftənin çərşənbə günləri “Boeing 737-800” ilə həyata keçiriləcək. Təyyarə Moskvadan saat 06.05-də, Gəncədən isə saat 11.30-da yola düşəcək.

Biletlərin qiyməti 8810 rubldan başlayır.

Qeyd edək ki, “Utair” uzun illərdir Moskvadan və regionlardan Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirir.

 

Вся лента