Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur - Siyahı

10:33 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Xəbər verdiyimizi kimi Azərbaycanda fəaliyyət göstərən bir neçə Bankın illik müqayisədə öhdəlikləri azalıb. Bununla yanaşı öhdəlikləri artan Banklar da var.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (10 milyard 46, milyon 112 min manat), “Kapital Bank” (6 milyard 61, miylon 327 min manat), “PAŞA Bank” (5 milyard 831 milyon 105 min manat), “Xalq Bank” (1 milyard 890 milyon 21 min manat) və “Bank Respublika” (1 milyard 131 milyon 826 min manat) ASC-lərdir.

Qalan 21 bankdan 18-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Вся лента