“AtaBank” müvəkkil bank seçilərək “Baku Shopping Festival” zamanı müştərilərə xidmət göstərəcək.

16:55 - 30.04.2018


“AtaBank” ASC Azərbaycan paytaxtında keçirilənTicarət festivalı zamanı əcnəbi qonaqlar və şəhərimizin sakinləri tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üzrə müvəkkil bank olaraq təyin edilməsini nəzərinizə çatdırırıq.

Ticarət festivalı zamanı etdiyiniz 100 manatdan artıq alış-verişə “Tax free” sistemi tətbiq olunacaqki, bu da ƏDV-ni geri almağınıza şərait yaradacaq.

Məsələn, Siz 28 Mall-da alış-veriş etmisiniz və festivalın təqdim etdiyi imkandan yararlanıb ƏDV-ni qaytarmaq istəyirsiniz. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur! Dərhal yolu keçib pulunuzu ala bilərsiniz. Harada? AtaBank-ın Baş ofisində.

  • Başofis - Bakışəh., Ş.Bədəlbəyliküç., 102 ; 09:00 – 22:00-dək   (fasiləsiz)

Qeyd etmək istərdik ki, şəhərimizin sakinləri və əcnəbi qonaqları  “Baku Shopping Festival – Tax Free” nişanı olan bütün mağazalardan alış-veriş edərək əlverişli fürsət qazana biləcəklər.

 


Вся лента