Bakı şəhəri regionun ən iri biznes mükafatının keçiriləcəyi məkan seçilmişdir

19.10.2017,10:53


Azərbaycanın paytaxtı Navigator Business Award  biznes sahəsində olan mükafatın Təntənəli Mərasiminin keçiriləcəyi məkan seçilmişdir.

Mükafatın Təşkilat Komitəsindən bildirilən məlumata görə, müsabiqə bu il Azərbaycanı və Gürcüstanı əhatə etdiyi üçün yekun mərasimin keçiriləcəyi yerin seçimi Bakı və Tbilisi arasında idi. Təşkilat komitəsi Bakının regionda artan nüfuzunu nəzərə alaraq Azərbaycanın paytaxtı üzrə qərar vermişdir. Maraqlıdır ki, Bakı və Tbilisiyə alternativ variant hər iki paytaxtdan təxminən eyni məsafədə yerləşən Gəncə şəhəri idi.

Mükafatın ilkin olaraq Azərbaycan və Gürcüstan üçün nəzərdə tutulmasına baxmayaraq Təşkilat Komitəsi digər ölkələrdən, o cümlədən İran, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan və Rusiyadan gələn çoxlu sayda sorğuları nəzərə alaraq növbəti il mərasimin başqa bir şəhərdə keçirilməsi imkanını da istisna etmir.

Qeyd etmək lazımdır ki, Navigator Business Award mükafatı Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən 27 min şirkəti əhatə edir ki, məhz elə həmin şirkətlərin arasından da iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən ən layiqliləri seçiləcək. Mükafatın təşkilatçısı Cənubi Qafqaz regionunun ən iri biznes-portalı olan Navigator.az-dır. Qaliblər 2018-ci ilin yanvarında elan olunacaq.

Navigator Business Award mükafatının informasiya tərəfdaşları APA xəbər agentliyi, həmçinin “Business Time” və “World Economics” işgüzar nəşrləridir. Mükafatda iştirak etmək üçün sorğunu www.nba.az saytı vasitəsilə göndərmək olar.

Ключевые слова: Navigator Business Award