Azərbaycan Vergilər Nazirliyi "Coca-Cola" ilə danışıqlar aparmağa hazır olduğunu bildirib

17:29 - 30.04.2018


30 aprel, Fineko/abc.az. Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunmuş baş meneceri Eser Manavı qəbul edib.

Nazirliyin məlumatında deyilir ki, Eser Manav görüş zamanı Azərbaycanda şirkətin fəaliyyətinin genişləndirilməsi üçün böyük imkanların olmasını qeyd edib.

“Vergilər naziri ölkəmizdə əlverişli iqtisadi mühitin mövcudluğu vurğulayıb, “Coca-Cola” şirkətinin Azərbaycandakı fəaliyyəti və həyata keçirdiyi sosial yönümlü layihələri qeyd edib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki,  görüş zamanı tərəflər, qarşılıqlı maraq kəsb edən, nazirliyin, müzakirə üçün həmişə açıq olan  məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

 

Вся лента