Cibuti Respublikasının vətəndaşları “ASAN Viza”da viza ala biləcəklər

16:08 - 1.05.2018


1 may, Fineko/abc.az. Azərbaycanda xarici vətəndaşlara viza verilməsi prosesini təkmilləşdirmək üçün tədbirlər davam etdirilir.

Artıq “ASAN Viza” sadələşdirilmiş sistem vasitəsi ilə Cibuti Respublikasının vətəndaşları da viza ala biləcəklər.

Beləliklə, “ASAN Viza” sistmemi vasitəsi ilə dünyanın 95 ölkəsinin vətəndaşları viza rəsmiləşdirə bilər.

Bu günə kimi “ASAN Viza” vasitəsilə 410 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.

 

 

Вся лента