ARDNF aprel ayında valyuta satışını artırıb

15:32 - 2.05.2018


2 may, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını saxlamaqdadır.

ARDNF-in məlumatına görə, aprel ayında valyuta hərraclarında 802,6 milyon dollar satılıb ki, bu da mart ayında 647 milyon dollar həcmində valyuta satışı ilə müqayisədə 24% çoxdur.

1-ci rüb ərzində Neft Fondu 1310,2 milyon dollarlıq valyuta satıb. Cəmi, ilin başlanğıcından etibarən, Fond 2,121,8 milyon dollar dəyərində valyuta satıb.

2017-ci ildə ARDNF valyuta hərraclarında 3597,8 milyon dollar məbləğində valyyuta satıb.

Hazırda ARDNF Azərbaycanda valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.

 

Вся лента