Bakıda Azərbaycan-Polşa İşgüzar Görüşü baş tutacaq

16:20 - 2.05.2018


2 may, Fineko/abc.az. Bakıda mayın 17-də Azərbaycan-Polşa İşgüzar Görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir ki, işgüzar görüş, Polşa iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçəcək. Tədbirə kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən yeddi Polşa şirkəti qatılacaq.

Görüş mayın 17-də  saat 11:00-dan etibarən “Fairmont Baku” mehmanxanasında keçiriləcək.

Tədbirdə iştirakda maraqlı olan şəxslər üçün əlaqə:

telefon: 012 5980147/48 və ya 4371142, daxili nömrə: 123;

e-mail: [email protected]

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin ilk üç ayı üzrə Polşa ilə ticarət dövriyyəsi 18,23 milyon dollar təşkil edib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə artım 42% olmuşdur.

 

Вся лента