“Bank Respublika” bütün nominasiyalar üzrə qalib seçildi!

11:41 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Ötən həftə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ənənəvi “Bankçılıq Mükafatları – 2021” adlı tədbir keçirib və ölkə banklarını 2021-ci ildəki fəaliyyətinə görə mükafatlara layiq görüb.

“Bank Respublika” ASC-nin həyata keçirdiyi layihələr bütün nominasiyalar üzrə qalib seçilərək 5 mükafat qazanıb:

- Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;

- Ən fəal maliyyə savadlılığı dəstəkçisi;

- Ən fəal təhsil dəstəkçisi;

- Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank;

- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank.

Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebookinstagramlinkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Вся лента