Bakı, MDB-nin may səyahətləri üçün populyar şəhərlərinin ilk üçlüyünə daxil oldu

11:19 - 3.05.2018


3 may, Fineko/abc.az. Rusiyanın mənzil sifarişi xidməti Tvil.ru  may səyahətləri üçün MDB-nin ən populyar şəhərlərini müəyyən edib.

Reytinq 2018-ci il aprelin 29-dan mayın 2-nə qədər  dövr ərzində  otel və mənzillərin  sorğusu və sifarişlərinin təhlili əsasında tərtib edilib.

Minsk, Bakı və Astana may səyahətlərində Rusiya turistləri arasında MDB ölkələrinin ilk üçlüyünə  daxil oldu.

Tvil.ru saytının məlumatına əsasən, turistlər Bakıya səfərləri  ortalama 3,5 gecə üçün sifariş edirdilər və yaşayış üçün sutkada 3 min rubldan çox  xərcləyirdilər.

Sorğunun nəticələrinə görə, keçən həftənin istirahət günləri Bakı, turistləri “Formula-1 Azərbaycanın Qran Prisi” ni ziyarət etmək imkanı və ekskursiya istirahəti ilə cəlb etmişdir.

Tvil.ru -  səyahət və istirahət üçün mehmanxanalar, mənzillər və evlərin online sifarişi üzrə Rusiyanın aparıcı saytdır.

 

 

Вся лента