“Azərsu” rəhbərliyi bir sıra rayonlarda vətəndaş qəbulu keçirəcək

17:18 - 3.03.2022


3 mart, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 16 mart 2022-ci il tarixində Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ xəbər verir ki, qəbul Saatlı Sukanal İdarəsinin inzibati binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyatı üzrə müraciətləri dinləniləcək və tədbirlər görüləcək.

Vətəndaşlar qəbul üçün Saatlı, Sabirabad və İmişli Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Вся лента