ARDNŞ Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını 29-a çatdıracaq

17:23 - 3.05.2018


3 may, Fineko/abc.az. “SOCAR Petroleum” şirkəti 2019-cu ilədək Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını 29-a çatdırmaq niyyətindədir.

“2018-ci ilin sonuna qədər “SOCAR Petroleum”SOCAR markası altında yanacaqdoldurma məntəqələrinin sayını 29-a çatdırmağı planlaşdırır. Bakıda bütün yanacaqdoldurma məntəqələri açılacaqdır. Onlardan birinin tikintisi artıq paytaxtın Pirallahı rayonunda başa çatıb və yaxın vaxtlarda istismara veriləcək”, - deyə şirkətdən bildirilir.

Həmçinin Bakının Yasamal və Binəqədi rayonlarında yanacaqdoldurma məntəqələri açılacaq.

Onlardan biri, “Maşın bazarı” adlanan ərazidə, digəri isə Bakı-Novxanı avtomobil yolunun yaxınlığında olacaq. Yasamal rayonundakı yanacaqdoldurma məntəqəsinin tikintisi də həmçinin son mərhələdədir.

SOCAR Petroleum 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin şəbəkəsini genişləndirərək, neft məhsullarının pərakəndə satışı ilə məşğuldur.

Azərbaycanda ilk YDS-nı şirkət 2010-cu ilin may ayında açmışdır.

 

Вся лента