Nazirlik idman mərkəzinə işçi axtarır

17:11 - 16.03.2022


16 mart, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi İmişli ilə Tərtərdəki Olimpiya İdman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə nazirliyin rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidir.

Вся лента