İlham Əliyev Xızı rayonuna səfərə gəlib

15:33 - 4.05.2018


4 may, Fineko/abc.az. Bu gün, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna gəlib.

Dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

 

Вся лента