“Azərsu” ASC-nin sədr müavini vətəndaş qəbulu keçirib

14:58 - 17.03.2022


17 mart, Fineko/abc.az.  “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 16 mart 2022-ci il tarixində Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

ABC.AZ quruma istinadən xəbər verir ki, qəbulda Saatlı, Sabirabad və İmişli rayonlarından olan 38 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub.

 Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Вся лента