“AtaSığorta” aprel ayı ərzində 1,8 milyon manatdan çox vəsait toplayıb

16:17 - 4.05.2018


4 may, Fineko/abc.az. “AtaSığorta” ASC 2018-ci ilin aprel ayı üzrə yığımlar və ödənişlər barədə məlumat verib.

“AtaSığorta”nın məlumatına əsasən, 2018-ci ilin aprel ayı ərzində onun sığorta yığımları 1 893 712 manat, sığorta ödənişləri isə 687 738 manat təşkil etmişdir.

Ödəmələrin əsas məbləğini KASKO sığorta, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta təşkil edir.

Beləliklə, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir.

“AtaSığorta” ASC son zamanlar müştərilərin rahatlığına xüsusi diqqət yetirir və ödənişlərin ödənilməsi prosesini sürətləndirmək və sadələşdirmək üçün səylərini davam etdirir.

Şirkətin həyata keçirdiyi bu iş nəticəsində müştərilərə yüksək səviyyədə sığorta xidmətləri göstərmək, habelə onların məmnunluq səviyyəsini artırmaq təmin edilmişdir.

 

Вся лента