“Azərsu”ASC-nin sədr müavini Gəncədə vətəndaş qəbulu keçirəcək

15:18 - 1.04.2022


1 aprel, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 12 aprel 2022-ci il tarixində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün “Gəncə Sukanal” TSC-yə, Samux və Kəlbəcər Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Вся лента