Azərbaycan Hindistana ilk dəfə karbamid gübrəsi ixrac edib

10:45 - 12.04.2022


12 aprel, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ixrac coğrafiyasını genişləndirir.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu tərəfindən ilk dəfə olaraq Hindistana karbamid gübrəsinin ixracı həyata keçirilib və ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.

2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu ölkəmizin azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

Hazırda zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.

Вся лента