"Shell" öz işçilərini "Qazprom" ilə birgə layihələrdən geri çağırır

14:52 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Britaniya-Hollandiya neft-qaz şirkəti "Shell" Rusiyada Qazprom ilə birgə layihələrdən ezam olunmuş işçilərini geri çəkməyə başlayıb.

ABC.AZ "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət maye qazın ixracı layihəsinə onlarla işçi göndərib. İndi onlar geri çağırılaraq başqa idarələrə keçirilir.

"Shell"in açıqlamasında deyilir ki, şirkət tədricən işçilərini geri çağırır. İşçilərin təhlükəsizliyinə, qanunvericiliyə riayət olunmasına xüsusi diqqət yetirilir.

Fevralın 28-də “Shell” “Qazprom”la birgə layihələrdən çıxdığını bəyan edib.

Вся лента