Maliyyə Nazirliyi 30 milyon manat məbləğində DOİ-in yerləşdirəcək

16:32 - 10.05.2018


10 may, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət orta müddətli istiqrazları (DOİ) yerləşdirəcək.

BFB-in məlumatında deyilir ki, mayın 15-də hər birinin nominal dəyəri 100 AZN olmaqla, 30 milyon manat həcmində DOİ satışına dair hərrac keçiriləcək.

“Tədavül müddəti 728 gün, faiz gəliri isə 8% təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” çıxış edəcək, - birjanın məlumatında belə deyilir.

 

Вся лента