“Bank VTB (Azərbaycan)” maliyyə nəticələrini açıqlayıb - Hesabat

12:13 - 25.04.2022


25 aprel, Fineko/abc.az. “Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 31 mart 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 11.6 milyon manat, o cümlədən faiz gəlirləri 6.2 milyon manat, qeyri-faiz gəlirləri – 5.4 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 71%, qeyri-faiz gəlirləri isə 3.1 dəfə artıb.

Gəlirlərin artımı xalis kredit portfelinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.4% böyüməsinın, həmçinin tranzaksiya biznesinin və hüquqi şəxslərin hesablaşma əməliyyatlarının artımının nəticəsidir.

Müəllif: Elmir Murad

Вся лента