“Bank VTB (Azərbaycan)” I rübü 5.5 milyon xalis mənfəətlə başa vurub

12:20 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Bank hesabat dövründə 3.4 milyon manat həcmində əməliyyat mənfəəti əldə edib.

Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq birinci rübün sonuna 5.5 milyon manat təşkil edib.

Bankın kapitalı ilin əvvəlindən 8% artaraq hesabat dövrünün sonuna 74.2 milyon manat təşkil edib.

Вся лента