Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası əməkdaşlıq istiqamətlərini müəyyən edirlər

13:06 - 11.05.2018


11 may, Fineko/abc.az. Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri  Azərbaycan Turizm Assosiasiyasına (AZTA)  turizm sahəsində sahibkarlığın dəstəklənməsi üzrə təkliflər hazırlamağı təklif edib.

AZTA-nın məlumatında deyilir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Turizm

Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovu qəbul edib.

“Görüşün əsas məqsədi Azərbaycanın turizm sənayesinin, o cümlədən, ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələrinin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi olub”, - məlumatda belə deyilir.

Görüş zamanı nazir nazirliyin fəaliyətində yenı yanaşmaların tətbiq ediləcəyini, əsasən də özəl sektorun iştirakçılarına xüsusi önəm veriləcəyini qeyd etdi. Nazirlik artıq bu istiqamətdə işlər görür, özəl sektor nümayəndələri ilə görüşlər keçirir.

“AZTA sədri nazirə turizm sahəsində son illər əldə olunmuş nəaliyyətlərdə özəl sektorun rolundan və bu sahənin inkişafında verilə biləcək əlavə töfhələrdən bəhs edib. Bağırov nazirlə görüşdə dövlət tərəfindən əlavə dəstəyin vacibliyini də qeyd edib”, - məlumatda belə deyilir.

AZTA yaxın vaxtlarda təklifləri hazırlayaraq Ekologiya və təbii sərvətlər nazirliyinə təqdim edəcək.

 


Вся лента