Dünyada Azərbaycan ipəyinə ehtiyac var - Xam ipəyin istehsalı artırılacaq

11:28 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Hazırda dünya bazarında Azərbaycan ipəyinə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bu barədə “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda istehsal olunan xam ipəyin maya dəyəri dünya bazarındakı qiymətə uyğundur.

Lakin 2020-2021-ci illərdə dünya bazarında xam ipəyin alışında azalma olub, eyni zamanda, alıcı sayı da azalıb.

“Azəripək”in ötən il ən çox istehsal etdiyi məhsul xam ipək olub. Keçən il müəssisə 1 748 540 manat dəyərində 24.8 ton xam ipək istehsal edib: “Xam ipəyin istehsalının artırılması üçün müəssisədə baramadan xam ipək açan istehsal avadanlıqları quraşdırılmalıdır. Hazırda istehsal olunan malların tam hazır məhsula qədər işlənməsi üçün yeni avadanlıqların alınaraq quraşdırılması istiqamətində işlərin görülməsi nəzərdə tutulur”, - deyə qurumdan bildirilib.

Вся лента