İlham Əliyev: Turizm bizim üçün əsas istiqamətlərdən biridir

17:15 - 11.05.2018


11 may, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Dinamo” otelinin açılışında iştirak edib.

Dövlət başçısı açılış mərasimində deyib ki, otelin fəaliyyəti turizmin inkişafına təkan verəcək, çünki turizm hazırda bizim üçün əsas istiqamətlərindən biri sayılır və ölkədə turistlərin sayı daim artmaqdadır.

“Turistlərin sayı 2016-cı ildə 22%, 2017-ci ildə isə 20% artıb. Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13% artıbdır. Hazırda “ASAN Viza” rejimindən istifadə edərək 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir”, - deyə dövlət başçısı bildirib.

 

Вся лента