“Metrovaqonmaş” Bakı metrosu üçün daha bir qatar tədarük etdi

11:21 - 14.05.2018


14 may, Fineko/abc.az.  “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC-dən yeni bir qatar əldə etdi.
QSC-in mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, vaqon ötən həftə çatdırılıb.
“Hazırda qatar depodadır və qatarın sınaq işə salınması üçün hazırlıq işləri aparılır", - N. Paşayev  belə deyib.
Daha öncə “Bakı Metropoliteni” QSC və “Metrovagonmaş” ASC 2 ədəd qatarın və 5 ədəd vaqonun  tədarük edilməsinə dair müqavilə imzalamışlar.

 

Вся лента