Azərbaycanda 250 daş karxanası qeyri-qanuni fəaliyyət göstərir

11:43 - 14.05.2018


14 may, Fineko/abc.az.  Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi 250 daş karxanasının  qeyri-qanuni fəaliyyətini aşkar edib.
Komitənin məlumatına əsasən, keçirilmiş monitorinqin nəticələrinə görə, ölkədə 585 daş karxanası fəaliyyət göstərir. Onların müvafiq elektron bazası yaradılmışdır.
“Həmçinin aşkar edilmişdir ki, 250 daş karxanası torpaq qanunvericiliyinin pozuntuları ilə fəaliyyət göstərir. Hazırda 238 daş karxanası real olaraq fəaliyyət göstərir, 23-ü isə qeydiyyat üzrə işlər aparır.
Aşkar edilmiş pozuntular nəticəsində  127 karxana barəsində inzibati protokol  tərtib edilib,  qeyri-qanuni yolla torpaq sahələrini zəbt etmiş  46 karxana üzrə isə materiallar hüquq-mühafizə orqanlarına verilib”, - məlumatda belə deyilir. 
Məlumatda qeyd edilir ki, 42 daş karxanasında yoxlamalar davam edir. Əsasən bu kimi hallara Xəzər, Qaradağ, həmçinin, Abşeron, İmişli, Quba, Şəki və Qazax bölgələrində rast gəlinir.

Вся лента