Bakı dairəvi yolda təmir aparılır

11:53 - 14.05.2018


14 may, Fineko/abc.az.  Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edir.
Dövlət Agentliyinin məlumatında deyilir ki,  yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı dairəvi yolunda ayırıcıların yenilənməsi üzrə işlər aparılır. 
“Bununla bağlı, axşam saatlarına qədər sürücülərdən  həmin yolda sayıq olmaq və yol qaydalarına riayət etmək xahiş  olunur”, - məlumatda belə deyilir. 

Вся лента