Rusiya iqtisadiyyatını son 30 ilin ən dərin enişi gözləyir

11:19 - 10.05.2022


10 may, Fineko/abc.az.  Rusiya Maliyyə Nazirliyi Qərbin sanksiyalarının güclənməsi fonunda ölkə iqtisadiyyatında son 30 ildə ən dərin enişi gözləyir.

ABC.AZ xəbər verir ki, Bloomberg bu barədə özünün mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Maliyyə Nazirliyi 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM)n 12% azalacağına proqnozlaşdırır. Bu, iqtisadiyyatın 12,6% çökdüyü 1994-cü ildən bəri ən ciddi eniş olacaq. Maliyyə Nazirliyinin proqnozu özünü doğrultsa, bu, son on ildəki iqtisadi artımı siləcək.
Ekspertlər bildirir ki, Rusiya iqtisadiyyatının çöküşünə əsasən neft tədarükünə qadağa, Aİ-nin Rusiya qazından imtinası, həmçinin xarici şirkətlərin ölkəni tərk etmələri təsir göstərir.

Müəllif: Elmir Murad

Вся лента