Azərbaycanda neft istehsalı 0,6% azalıb

12:30 - 14.05.2018


14 may, Fineko/abc.az.   Yanvar-aprel aylarında özəl sahibkarlar ötən ilin eyni dövrü ilə müqayisədə, 15 milyard manatlıq və ya 0,9% çox sənaye məhsulları istehsal ediblər.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hesabat dövründə qeyri-neft istehsalı 10,8%  artıb, neft istehsalı isə 0,6% azalıb.
“Sənaye istehsalının 73%-i  mədən sənayesinin, 21% emal sənayesinin, 4,5%-i elektrik enerjisi, qaz və buxarın istehsalı, paylanması və təchizatının,  0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb”, - məlumatda belə deyilir.

Вся лента