"Sberbank" və VTB Qazaxıstandakı törəmələrini satmaq üçün investorlar axtarır

15:20 - 11.05.2022


11 may, Fineko/abc.az.  “Sberbank” və VTB Qazaxıstandakı törəmə şirkətlərini satmaq üçün investorlar axtarır.

ABC.AZ rusiya mətbuatına istinadən xəbər verir ki, bankların potensial yeni sahibləri tapıldıqda, Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyini onlara ABŞ hakimiyyətinin banklara qarşı sanksiyaları ləğv etmək qərarına nail olmaqda kömək edəcək.

“Biz əmin edirik ki, qadağan olunmuş əməliyyatlar sanksiyaya məruz qalan şəxslərə və təşkilatlara qarşı həyata keçirilməsin.  Beləliklə, biz ikinci dərəcəli sanksiyaların Qazaxıstan banklarına yayılma riskini azaldırıq” deyə Qazaxıstanın Maliyyə nazirliyindən bildirilib.

Вся лента