"UniCredit" Rusiyadakı bölməsini satmaq istəyir - Danışıqlar başlanıb

12:03 - 12.05.2022


12 may, Fineko/abc.az. İtaliya bankı "UniCredit" SpA Rusiyadakı bölməsini satmaq üçün danışıqlara başlayıb.

ABC.AZ-ın məlumatına görə, Rusiyada bank lisenziyası almaqda maraqlı olan şirkətlər İtaliya bankının Rusiya bölməsinə maraq göstərib.

Eyni zamanda "Bloomberg"in mənbələri hesab edir ki, bank satışdan başqa digər variantları da nəzərdən keçirir.

Qeyd edək ki, 2022-ci ilin birinci rübündə "UniCredit" SpA Rusiyada defolt halında 1,2 milyard avrodan çox vəsait saxlayıb.

Müəllif: Elmir Murad

Вся лента