Səfa Mirzəyev təqaüdə göndərildi

11:17 - 13.05.2022


13 may, Fineko/abc.az. Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. 70 yaşı tamam olmazdan bir gün əvvəl Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Вся лента