Azərbaycan-Avropa İttifaqının ticarət dövriyyəsi kəskin artacaq - Nazirdən proqnoz

14:23 - 17.05.2022


17 may, Fineko/abc.az. Bu il Azərbaycan – Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyəyə çatacaq.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilmiş Azərbaycan – Aİ biznes forumunda deyib.

M.Cabbarov bildirib ki, son 10 ildə Azərbaycana Avropa İttifaqı ölkələrindən olan birbaşa investisiyaların həcmi 20 milyard dollardan çox olub.

O qeyd edib ki, Aİ-dən olan 700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Müəllif: Elmir Murad

 

Вся лента