Hesab.az platforması Dövlət Ödənişləri xidmətinin sayını artırdı

11:28 - 15.05.2018


“ASAN ödəniş” sisteminə qoşulmaqla dövlət ödənişlərinin qəbuluna başlayan Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az istifadəçilərini yeniliklərlə sevindirməyə davam edir.

Bildiyiniz kimi , ötən həftədən etibarən Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) və Dövlət Gömrük Komitəsinin cərimə ödənişlərini Hesab.az saytı və mobil tətbiqi vasitəsilə onlayn həyata keçirmək mümkün olmuşdur. Hazırda Dövlət Ödənişləri Xidmətinə Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti əlavə olundu.

Yeni ödəniş xidmətindən Hesab.az platformasında qeydiyyatdan keçmiş 310 000-dən çox mövcud istifadəçi, eləcə də istənilən digər yeni istifadəçilər yararlana bilər. Mövcud yeniliklərlə əlaqədar olaraq dövlət ödənişlərinizi gecikdirmədən ödəyə və bonuslar qazana bilərsiz. Eyni zamanda hesab.az –la siz ödənişlərinizi təhlükəsiz və daha rahat həyata keçirə bilərsiniz.

Həmçinin Dövlət Ödənişlərini ödədikdə Hesab.az platformasınız qeydiyyatlı istifadəçiləri hər ödəniş üçün iki qat bonus qazanacaqlar.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı / ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur.

 

Вся лента